Rusiya açıqladı: 2016-cı ildə Ermənistana 300 ədəd zenit-raket kompleksi satıb
Rusiya 2016-cı ildə silah ixracına dair hesabatını açıqlayıb.
“AzeriDefence”nin bildirdiyinə görə, BMT Adi Silahlar Registrinə təqdim olunan hesabatda Rusiyanın 2016-cı ildə 12 ölkıyə silah və texnika satdığı qeyd olunub.
Hesabatda yer alan məlumata görə, rəsmi Moskva 2016-cı ildə Ermənistana 300 ədəd daşınan zenit-raket kompleksi (ZRK) satıb. ZRK-lərin modeli barədə heç bir məlumat verilməyib.
Ermənistan tərəfi isə Rusiyadan “İqla-S” və “Verba” ZRK-ləri aldığını cari ilin aprel ayında bəyan etmişdi.
Hesabatdakı məlumatlara görə, 2016-cı ildə Rusiya Azərbaycana 6 ədəd iriçaplı artilleriya sisteminin (TOS-1A) ixracını reallaşdırıb.
Rusiya bu dövrdə region ölkələrindən Qazaxıstana 2 ədəd döyüş təyyarəsi (Su-30SM), 6 ədəd döyüş helikopteri 6 ədəd açıqlanmayan raket buraxıcı sistemin çatdırılmasını həyata keçirib.