Rusiya adı açıqlanmayan ölkəyə ORSİS snayper tüfəngləri ixrac edəcək

Rusiya adı açıqlanmayan ölkəyə ORSİS snayper tüfəngləri ixrac edəcək

Rusiyanın “Rostex” Dövlət Korporasiyasına daxil olan “Rosoboronexport” şirkəti adı açıqlanmayan xarici müştəri ilə ORSIS T-5000 snayper tüfənginin tədarükünə dair 100 milyon rubl dəyərində müqavilə imzalayıb.

Bu barədə “AzeriDefence”yə “Rosoboronexport” şirkətindən məlumat verilib.

“Rosoboronexport” ORSİS T-5000 snayper tüfənginin istehsalçısı “Promtexnologiya” Dövlət Konserni ilə birlikdə 2017-ci ildən bəri xarici ölkələrdən 150 milyon ABŞ dollarından çox sifarişlər alıb.

“Rosoboronexport” mütəxəssislərinin sözlərinə görə, ORSİS silahlarının Asiya regionu ölkələrinin, habelə Latın Amerikası, Yaxın Şərq, Afrika və Avropa bazarlarında tanıtmaq üçün aktiv marketinq işləri aparılır. Hazırda 10-dan çox ölkə ilə ORSIS məhsullarının tədarükü üçün kommersiya danışıqları aparılır. Bəzi müştərilər üçün artıq Rusiyada atış testləri keçirilib.

Müasir tələblərə cavab verən ORSİS T-5000 snayper tüfəngi istənilən saatda və hava şəraitində 1,5 km məsafədə düşməni məhv etmək imkanına malikdir. Snayper tüfəngi iki çapda istehsal edilir: 308 “Winchester” və 338 “Lapua Magnum”.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş