Rusiya altıncı nəsil “Azart” radiostansiyalarını qəbul edir

Rusiya Silahlı Qüvvələri bu il yerli istehsal olan “Azart” radiostansiyalarını hərbçilərin ümumi istifadəsinə qəbul edəcək. “AzeriDefence”nin Rusiya KİV-lərinə istinadən verdiyi məlumata görə, Silahlı Qüvvələr bu yaxınlarda ilk olaraq 2500 ədəd radiostansiyadan ibarət ilk məhsul partiyasını qəbul edəcək. Sonrakı mərhələdə isə sifariş üzrə əlavə radiostansiyaların çatdırılması davam edəcək.

“Azart” rəqəmli radiostansiyaların altıncı nəsli sayılır və unikalllığı və bütün mövcud xidmətlərdə sitifadəsi baxımından seçilir. Bu radiostansiya öz sələflərindən bir sıra üstünlüklərə malikdir. Hansı ki, NATO ordularında anoloqu yoxdur. Bu radiostansiya bütün tezliklərdə işləyir və mobil telefonla əlaqəni təmin edə bilir. Radiostansiya radio elektron mübarizə sistemlərinin əks təsirindən yaxşı qorunur.

Radiostansiya “Anqstrem” müəssisəsi tərəfindən istehsal edilib. Bu rabitə vasitəsi bir sıra MDB ölkələrinin hərbi qurumları tərəfindən də bəyənilib və hazırda ixracına dair danışıqlar davam edir.

KATEQORIYA:
Bu xəbəri paylaş