Rusiya analiz mərkəzi 4 il ərzində ən çox satılacaq zirehli maşınların adlarını açıqladı

İlk yerdə Amerikanın HMMWV-si və İtaliyanin “İveco”su dayanırDünya bazarında 2014-2017-ci illər ərzində nəticələri açıqlanmış tenderlər üzrə 1 milyard 896 milyon dollar dəyərində ən azı 3400 ədəd yeni zirehli avtomobillərin ixracatı gözlənilir. “AzeriDefence”nin məlumatına görə, bu barədə Rusiyada fəaliyyət göstərən nüfuzlu Dünya Silah Ticarəti Analizi Mərkəzinin (SAMTO) analizində qeyd olunub.

SAMTO-nun məlumatına görə, ABŞ Silahlı Qüvvələrinin Əfqanıstandan çıxardığı zirehli texnikanın əhəmiyyətli hissəsini satışa çıxarması 2-3 il müddətində dünyada yeni zirehli avtomobillərə tələbatının azalmasına təsir edəcək.

Sifarişlərin əsas hissəsini 4×4 təkər formuluna malik zirehli avtomobillər qruppu təşkil edir.

SAMTO qiymətləndirmələrinə görə, keçmiş 4 illik dövrdə (2010-2013-cü il) dünyada 3 milyard 283 milyon dollar dəyərində ən azı 8253 yeni zirehli avtomobil ixracatı üçün sifarişlər olub.

SAMTO-nun ixracat reytinqində birinci yeri ABŞ istehsalı olan HMMWV, ikinci yerdə İtaliya istehsalı olan “İveco”, üçüncü yerdə İsveçrənin MOWAG şirkətinin “Duro” və “Eagle”, dördüncü yerdə Rusiyanın “Tiqr” və beşinci yerdə Türkiyənin “Otokar” şirkətinin istehsalı olan “Cobra” zirehli avtomobilləri dayanır.

KATEQORIYA:
Bu xəbəri paylaş