Rusiya “Armiya-2020” forumunda müdafiə sənayesi məhsullarını sərgiləyəcək

Rusiya “Armiya-2020” forumunda müdafiə sənayesi məhsullarını sərgiləyəcək

Rusiyanını “Rostex” Dövlət Korporasiyasına daxil olan “Rosoboroneksport” şirkəti “Armiya-2020” beynəlxalq hərbi-texniki forumunda Rusiyanın müdafiə sənayesi məhsullarını sərgiləyəcək.

Bu barədə “AzeriDefence”ə “Rosoboroneksport” Səmdar Cəmiyyətindən məlumat verilib.

Bildirilib ki, Rusiyanın paytaxtı Moskva şəhərində 2020-ci ilin 23-29 avqust tarixlərində keçiriləcək “Armiya-2020” beynəlxalq hərbi-texniki forumunda əsas yeri Rusiya şirkətləri tutmaqla, dünyanın müxtəlif ölkələrindən olan şirkətlər özlərinin hərbi sahədəki yeniliklərini nümayiş etdirə biləcəklər. Forum Rusiya Müdafiə Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək.

Forumda “Rosoboroneksport” şirkəti T-14 tankı, T-15 “Armata” və “Kurqanes-25” piyadanın döyüş maşınları, “Bumeranq” zirehli maşını, “İskəndər-M” operativ-taktiki raket kompleksi, o cümlədən 300 mm-lik 9K515 “Tornado-S” yaylım atəşli reaktiv sistemi, 152 mm-lik 2S35 “Koalisiya-SV” özüyeriyən artilleriya sistemi, 82 mm 2S41 “Drok” minaatan kompleksini nümayiş etdirəcək.

Bundan başqa, “Armiya-2020” forumunda “Tiqr-M”, “Tayfun”, “Ural” və KAMAZ şassisi üzərində qurulmuş zirehli maşınlar, hava hücumundan müdafiə sistemləri arasında “Vityaz” S-350 zenit-raket kompleksi, 57 mm-lik “Derivasiya-PVO” zenit artilleriya kompleksi sərgilənəcək.

KATEQORIYA:
Bu xəbəri paylaş