Rusiya “Armiya-2020”də ilk dəfə “Hermes” raket kompleksini nümayiş etdirib

Rusiya “Armiya-2020”də ilk dəfə “Hermes” raket kompleksini nümayiş etdirib

Rusiyanın “Rostex” Dövlət Korporasiyasının müəssisəsində hazırlanan “Hermes” adlı çoxməqsədli raket kompleksi ilk dəfə “Armiya-2020” Beynəlxalq hərbi-texniki forumunda geniş ictimaiyyətə təqdim edilib.

Azeri Defence saytının TASS xəbər agentliyinə istinadən verdiyi məlumata görə, “Hermes” çoxməqsədli raket kompleksindən əsasən tank əleyhinə istifadəsi nəzərdə tutulub.

Şirkət mütəxəssislərinin sözlərinə görə, sınaqlar zamanı “Hermes” raket kompleksinin taktiki-texniki xüsusiyyətləri təsdiq olunub. “Hermes” 6 ədəd səsdən sürətli raketlə komplektləşdirilib və raketlər yüksək partlayıcı gücə malik döyüş başlığı ilə təchiz olunub.

“Hermes” eyni vaxtda altı hədəfə atəş aça bilər. İdarə olunan “Hermes” raketinin maksimum 100 km məsafədən atəş zamanı hədəfdən yayınması cəmi 50 santimetrdir.

Məlumatda o da qeyd olunub ki, kompakt bir döyüş modulu olan bu qurğu zirehli nəqliyyat vasitələri də daxil olmaqla istənilən şassiyə quraşdırıla bilər.

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş