Rusiya Azərbaycanla sərhəddə Yaraq-Qazmalar buraxılış məntəqəsini yeniləyir

Rusiya Azərbaycanla sərhəddə Yaraq-Qazmalar buraxılış məntəqəsini yeniləyir

“Roselektronika” Holdinqi Rusiya-Azərbaycan dövlət sərhədindəki Yaraq-Qazmalar sərhəd buraxılışı məntəqəsinin müasirləşdirilməsini həyata keçirəcək.

Bu barədə Azeri Defence saytına “Roselektronika” Holdinqindən məlumat verilib.

Sərhəd buraxılışı məntəqəsinin yenidən qurulması üçün şirkət “Rosqranstroy” dövlət müəssisəsi ilə müqavilə bağlayıb.

Obyektin yenidən qurması iki mərhələdə həyata keçiriləcək. yenidənqurma gün ərzində sərhəd buraxılış məntəqəsindən keçən nəqliyyat vasitələrinin sayını 1400-dək artırmağa imkan verəcək. Hazırda Yaraq-Qazmalar məntəqəsi gün ərzində 500 nəqliyyat vasitəsinin keçidinə imkan verir.

Yenidənqurma çərçivəsində sərhəd buraxılış məntəqəsində nəqliyyat vasitələri üçün nəzərdə tutulan keçidlərin sayının 24-ə, şübhəli nəqliyyat vasitələrinin tam yoxlaışı məntəqələrinin tikintisi, kompleksin müasir informasiya-texnologiyaları ilə təchizatı, həmçinin təhlükəsizlik komplekslərinin qurulması, qadağan olunan yükləri aşkarlamağa imkan verən mobil yoxlama-nəzarət kompleksinin qurulması planlaşdırılır. İşlər 2021-ci ildə tamamlanacaq.

KATEQORIYA:
Bu xəbəri paylaş