Rusiya Azərbaycan sərhədinə yeni texnikalar yerləşdirib

Rusiya Azərbaycan sərhədindəki hərbi bazasını yeni pilotsuz uçuş aparatları (PUA) və radioelektron mübarizə vasitələri (REV) ilə gücləndirib.

Bu barədə “AzeriDefence” Rusiya Müdafiə Nazirliyinə istinadən məlumat verib.

Xəbərdə bildirilib ki, Dağıstan Respublikası ərazisindəki hərbi hissələrin silahlanmasına “Orlan-10” PUA-ları və “Leer-3” REV-ləri verilib.

“Leer-3” REV-ləri KamAz-5350 maşınının bazasında yerləşib. Kompleks 100 km radiusda təsir effektinə malikdir.

 

KATEQORIYA:
Bu xəbəri paylaş