Rusiya Azərbaycana T-90S tanklarının tədarükünü başa çatdırıb

Rusiya Azərbaycana T-90S tanklarının təhvil verilməsi prosesini yekunlaşdırıb.

“AzeriDefence”nin TASS-a istinadən verdiyi məlumata görə, bu barədə  Rusiyanın “Uralvaqonzavod” şirkətinin baş direktoru Oleq Sienko bildirib.

Onun sözlərinə görə, T-90S tanklarının Azərbaycana tədarükü tam olaraq yekunlaşıb. Sifariş bütünlüklə həyata keçirilib.

Qeyd olunub ki, 2016-cı ilin sonuna kimi Rusiyadan Azərbaycana BMP-3 piyadanın döyüş maşınının verilməsi də yekunlaşdırılacaq.

Ümumiyyətlə isə  2010-cu ildə əldə olunan rəsmi razılığa əsasən, Rusiya Azərbaycana iri həcmli silah və texnika təhvil verib. Razılaşmanın 2017-ci ildə yenilənəcəyi də gözlənilir. Ekspertlərin fikrincə, bu saziş 1 milyard dollardan az olmayacaq.

 

KATEQORIYA:
Bu xəbəri paylaş