Rusiya Azərbaycan və Gürcüstanla sərhəddəki qoşunlarını yeni radioelektron mübarizə vasitələri ilə silahlandırır

Rusiya Azərbaycan, Gürcüstan və Türkiyə sərhədlərinin yaxınlığındakı qoşunlarını yeni nəsil radioelektron mübarizə vasitələri (REM) ilə silahlandırıb.Bu barədə “AzeriDefence” Rusiyanın Müdafiə Nazirliyinə istinadən məlumat verib.

Hərbi hissələrin istifadəsinə verilmiş yeni REM sistemləri arasında “Jitel”, avtomatlaşdırılmış maneəyaratma stansiyası, “Krasuxa” unifikasiya edilmiş maneə modulları, habelə “Borisoqolebsk-2”, “Murmansk” və “İnfauna” stansiyaları yer alır.

Son on gündə bölgədəki hərbi hissələrin keçirdiyi təlimlərdə bu REM sistemləri vasitəsi ilə şərti rəqibin idarəəetməsində olan pilotlu və pilotsuz uçuş aparatları, həmçinin raketlərə qarşı maneələrin tətbiqi, rəqibin radioelektron sistemlərinin yatırılması imkanları nəzərdən keçirilib.

KATEQORIYA:
Bu xəbəri paylaş