Rusiya Azərbaycana döyüş sursatları satışının həcmini artırmaq istəyir

“Texmaş” Konserni yaxın illər ərzində xarici ölkələrə sursat satışının həcmini 40-45 faiz artırmağı planlaşdırır.

“AzeriDefence”nin məlumatına görə, Konsernin direktor müavini Vladimir Tixonov jurnalistlərə açıqlamasında bildirib ki, artıq bununla bağlı strategiya da hazırlanıb: “Biz bir neçə ildən sonra xaricə ixracımızı 45 faizə qədər artırmalıyıq. Hazırda xarici bazarda satışımız 32-35 faiz civarindadır”.

V. Tixonov ixrac sahəsində əməkdaşlığın artırılacağı bəzi ölkələrin adlarını da açıqlayıb: “Xüsusilə bu Azərbaycan, Küveyt, Əlcəzair və digər ölkələrə aiddir. Təbiidir ki, NATO ölkələrindən sursat alınması ilə bağlı bizə təklif ola bilməz”.

KATEQORIYA:
Bu xəbəri paylaş