Rusiya “Bal” raket kompleksini Xəzər sahilində döyüş mövqeyinə gətirib

Rusiya “Bal” raket kompleksini Xəzər sahilində döyüş mövqeyinə gətirib

Rusiyanın “Bal” gəmi əleyhinə raket kompleksi Dağıstanda Xəzər flotiliyasının sahil mühafizə divizionunun taktiki təlimlərinə cəlb edilib.

Bu barədə “AzeriDefence” Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.

Döyüş hazırlığının ilk mərhələsində “Bal” gəmi əleyhinə raket kompleksi Xəzər dənizinin sahili boyunca hərəkət edib. Təlim planına əsasən,  “Bal” kompleksinə raketlərin yüklənilməsi, döyüş vəiziyyətinə gətirilməsi məşq ediləcək.

Qeyd edək ki, 2019-cu ilin mart ayında Rusiyanın Müdafiə Nazirliyi Həştərxandakı “Bal” gəmi əleyhinə raketlərlə silahlandırılmış sahil mühafizə divizionunun Dağıstandakı Mahaçqala limanına dislokasiyasını tamamladığını elan edib.

“Bal” sahil raket kompleksi yüksək keçicilik qabiliyyətinə malik MZKT-7930 şassisində yerləşir. Kompleksin tərkibinə özüyeriyən komanda-idarəetmə və rabitə məntəqəsi, gəmilər əleyhinə raketlər daşıyan özüyeriyən buraxılış qurğusu, nəqliyyat-doldurucu maşınlar daxildir.

Kompleks 260 kilometrə qədər uçuş uzaqlığına malik X-35U “Uran” raketlərindən istifadə edir. Bu raketlər uçuşun böyük hissəsini dənizin üzərində 1-2 metr hündürlükdə həyata keçirdiyindən raketin ələ keçirilməsi və aşkarlanması çətinləşir.

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş