Rusiya Be-200ÇS amfibiya təyyarələrini təkmilləşdirir

Rusiya Be-200ÇS amfibiya təyyarələrinin təkmilləşdirilmiş variantını hazırlayır. Bu barədə “AzeriDefence” Rusiyanın hərbi mediasına istinadən məlumat verib.

Bu kontekstdə istehsalçı müəssisə tərəfindən təyyarədə SELEX Galileo şirkətinin istehsalı olan ATOS (Airborne Tactical Observation and Surveillance Systems) axtarış-nişangah kompleksi qurulur. Bort avadanlığın təkmilləşdirilməsinin digər istiqaməti təyyarəyənin pilot kabinəsində SAAB firmasının istehsalı olan qabaq şüşənin üstündə informasiyanın indikasiya edən Be-200 sistemin quraşdırılmasıdır.

Bundan başqa, təyyarənin içində nəzarət videokamerası, bayır hissədə isə infraqırmızı kamera qurulur. Hansı ki bu kameralardan əldə olunan informasiyalar pilotun önündəki monitorda əks olunacaq.

KATEQORIYA:
Bu xəbəri paylaş