Rusiya BMP-3-lər üçün 100 mm-lik yeni mərmi hazırlayıb

Rusiya BMP-3, BMP-4 və BMD-4M döyüş maşınlarının toplarında tətbiq edilmək üçün hazırlanmış 3UOF19-1 “Vişnya-1” qəlpəli-fuqas mərmilərin ixracını planlaşdırır.

“AzeriDefence”nin “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə mərminin istehsalçısı olan Tula Cihazqayırma Konstruktor Bürosundan (KBP) bildirilib.

Bu 100 mm-lik yeni mərmi bir il əvvəl yaradılıb və hazırda heç bir ölkənin silahlanmasında yoxdur.

KBP nümayəndəsi qeyd edib ki, “Vişnya” mərmi ailəsinin ilk nümunəsi 2003-cü ildə yaradılıb. Yeni sursat sələfindən əhəmiyyətli şəkildə fərqlənir. Belə ki, sələfindən daha nazik qabığa malik olan “Vişnya-1” mərmisinin daxilindəki partlayıcı maddənin həcmi artırılıb. Öz növbəsində, bir mərminin məhvetmə sahəsi 168 kvadratmmetrdən 360 kvadratmetrədək artıb.

Kontaktsız partladıcı ilə təchiz olunmuş “Vişnya-1”in atış mənzili 6500 metr, çəkisi 15.7 kq, sürəti 355 m/saniyədir. Mərmi partlayış zamanı 3393 qəlpə yayır.

 

KATEQORIYA:
Bu xəbəri paylaş