Rusiya bu il “Balkan” qumbaraatanını silahlanmaya qəbul edəcək

Rusiya Silahlı Qüvvələri bu il 6S19 “Balkan” dəzgahlı avtomatik qumbaraatanı silahlanmaya qəbul edəcək.

“AzeriDefence”nin “Rostex” Dövlət Korporasiyasına istinadən verdiyi məlumata görə, bu barədə “Texmaş” şirkətinin baş kostruktoru Oleq Çijevski bildirib.

O.Çijevskinin sözlərinə görə, hazırda qumbaraatan və döyüş sursatları qoşun sınağındadır.

Qeyd edək ki, 40 mm çaplı qumbaralarla atəş açan “Balkan” 2012-ci ildə yaradılıb. “Pribor” Qeyri Dövlət Təşkilatı tərəfindən qumbaraatan üçün yeni 40 mm-lik 7P39 indeksi verilmiş qəlpəli- qumbaralar hazırlanıb. “Balkan” qumbaraatanı AQS-17 və AQS-30 ilə müqayisədə 25% atış uzaqlığına sahibdir.

KATEQORIYA:
Bu xəbəri paylaş