Rusiya bu il donanmanın istismarına yeni atom sualtı qayıqları verəcək

Rusiya bu il donanmanın istismarına yeni atom sualtı qayıqları verəcək

Rusiyanın Müdafiə naziri Sergey Şoyqu Vilyuçinskdə “Yasen-M” və “Borey-A” layihəli yeni atom sualtı qayıqların inşasının gedişatını yoxlayıb.

Bu barədə Azeri Defence saytı Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.

Bildirilib ki, Rusiya Hərbi Dəniz Qüvvələrinin Sakit Okean Donanmasının sualtı qüvvələrinin bazası olan Vilyuçinskdə yeni atom sualtı qayıqların inşası qrafikə uyğun davam etdirilir.

Müdafiə nazirinə məlumat verilib ki, “Yasen-M” və “Borey-A” layihəli yeni atom sualtı qayıqlarının inşası 2020-ci ilin sonunadək başa çatdırılacağı planlaşdırılıb.

Məlumatda o da qeyd olunub ki, “Yasen-M” və “Borey-A” layihəli atom sualtı qayıqları Rusiya Hərbi Dəniz Qüvvələrinin Sakit Okean Donanmasına daxil ediləcək.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş