Rusiya bu il elektrik təyyarə mühərrikini sınaqdan keçirəcək

Rusiya bu il elektrik təyyarə mühərrikini sınaqdan keçirəcək

Rusiyanın Mərkəzi Aviasiya Mühərrikqayırma İnstitutu tərəfindən elektrik təyyarə mühərrikinin prototipi yaradılıb.

“AzeriDefence”nin məlumatına görə, bu barədə Mərkəzi Aviasiya Mühərrikqayırma İnstitutunun baş direktoru Mixail Qordin “RİA Novosti”yə müsahibəsində deyib.

Baş direktor bildirib ki, 80 at gücündə elektrik təyyarə mühərrikinin bu il “Siqma-4” təyyarəsində uçuş sınaqlarının keçirilməsi planlaşdırılır.

M.Qordinin sözlərinə görə, yeni elektrik aviasiya mühərriki kiçik ölçülü təyyarələrə inteqrasiya ediləcək.

 

 

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş