Rusiya bu ilk ilk milli silahlı PUA-nın sınaqlarını başlayacaq

Rusiya 2012-ci ilin sonuna kimi ilk milli silahlı pilotsuz uçuş aparatının sınaqlarını başlayacaq. “AzeriDefence”nin xəbərinə görə, bu barədə Rusiya KİV-ləri bu ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Nikolay Makarova istinadən məlumat yayıb.

Makarov hansı aparatın sınaqlara başlayacağını isə dəqiqləşdirməyib.

Qeyd edək ki, Rusiyada pilotsuz uçuş aparatları ilə bağlı bir neçə layihə üzərində işlər aparılır. Rusiya KİV-ləri Baş Qərargah rəisinin söylədiyi pilotsuz aparatın böyük ehtimalla “Tranzas” şirkəti tərəfindən hazırlandığını ehtimal edirlər.

KATEQORIYA:
Bu xəbəri paylaş