Rusiya cənub hərbi dairəsində HHM bölmələrinin təlimləri keçiriləcək

Rusiya Silahlı Qüvvələrinin Cənub hərbi dairəsində hava hücumundan müdafiə (HHM) bölmələrinin təlimləri keçiriləcək.

“AzeriDefence”nin Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumatına görə, təlimlər Krasnodar diyarında yerləşən HHM Tədris Mərkəzində keçiriləcək.

Təlimlərdə düşmənin hava hədəflərinin məhv edilməsi və digər istiqamətlər üzrə məşqlər aparılacaq.

700-ə yaxın kursantın da cəlb olunacağı təlimlərdə müdavimlərə HHM qüvvələrinin iş prinsipi, hava kəşfiyyatının aparılması, qanadlı raketlərin, pilotsuz uçuş aparatlarının məhv edilməsi qaydaları öyrədiləcək.

 

KATEQORIYA:
Bu xəbəri paylaş