Rusiya Cənub hərbi dairəsini yeni texniki vasitələrlə gücləndirir  

Rusiya Silahlı Qüvvələrinin Cənub hərbi dairəsi (CHD) 2017-ci ildə 1,8 min ədəd yeni atıcı silah və hərbi texnika ilə təchiz olunacaqlar.

Bu barədə “AzeriDefence” Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.

Xidmətə yeni daxil olacaq texnikalar əsasən, zenit-raket kompleksləri (ZRK), döyüş təyyarələri və helikopterlər olacaq.

Məlumatda qeyd olunub ki, dairənin hərbi birləşmələrində silahlanmaya “Pançir-S” və “Tunquska-M” ZRK-lar, Su-25SM, Su-24M döyüş təyyarələri, Mi-26, Ka-27M döyüş helikopterləri, “Zoopark-1M”, “Aistenok” radiolakasiya sistemləri, “Qeorqiy Kurbatov” tral gəmisi, “Serqey Balk” dəniz buksiri və digər hərbi-texniki avadanlıqlar veriləcək.

Xəbərdə bildirilib ki, 2020-ci ilə kimi CHD-da 70-100 faiz arasında yeni texnika və silahlarla təchiz olunacaq.

Xatırladaq ki, 2016-cı ildə adıçəkilən dairənin silahlanmasına 1,7 min ədəd yeni hərbi-texniki vasitələrlə təmin olunub.

 

KATEQORIYA:
Bu xəbəri paylaş