Rusiya cənubdakı hərbi qüvvələrini yeni aviasiya vasitələri ilə silahlandırıb

Rusiya Ordusunun Cənub hərbi dairəsinin silahlanmasına yeni aviasiya texnikaları daxil edilib.

Bu barədə “AzeriDefence” Rusiyanın Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Hərbi dairənin Rostov vilayətinin Zernoqrad şəhərində yerləşən aerodromuna  2 dədə Mi-28N helikopteri dislokasiya edilib.

İlin sonuna qədər isə daha 10 bu tip helikopterlərin sayı 12-yə çatdırılacaq.

Ümumilikdə bu il ərzində Cənub hərbi dairəsinin silahlanmasına 40 ədəd PUA, Su-34 bombardımançı, Su-30SM, Su-30M2 hücum təyyarələri, Mi-8MTŞ və Mi-8MTPR helikopterləri verilib.

 

KATEQORIYA:
Bu xəbəri paylaş