Rusiya Çinə S-400 ZRK-lərin ilk partiyasını göndərir

Rusiya yaxın vaxtlarda Çin Silahlı Qüvvələrinə “Triumf” S-400 zenit-raket komplekslərinin ilk partiyasını təhvil verəcək.

“AzeriDefence”nin “RİA Novosti” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu “Rostex” Dövlət Şirkətinin direktoru Sergey Çemezov deyib.

S.Çemezov bildirib ki, S-400 ZRK-lərin istehsalı artan xətt üzrə davam edir: “Bütün sifarişçilər müqaviləyə uyğun olaraq S-400 zenit-raket kompleksləri ilə təmin olunacaqlar”.

Məlumatda o da qeyd olunub ki, Çin “Triumf” ZRK-nin ilk xarici sifarişçisidir. 2015-ci ildə bu kompleksin iki briqadalıq alğı-satqısına dair müqavilə imzalanıb.

Sazişə əsasən S-400-ün ilk partiyasının 2018-ci ilin birinci yarısında Çinə çatdırılması nəzərdə tutulub. İkinci hissə isə 2019-cu ilin may-iyun aylarında sifarişçiyə təhvil veriləcək.

KATEQORIYA:
Bu xəbəri paylaş