Rusiya desantçıları “Şahin” termal nişangahlarının sınaqlarına başladı

Rusiya Hava Desant Qoşunlarının xüsusi təyinatlı bölməsi “Şahin” termal nişangahların sınaqlarına başlayıb. “AzeriDefence”nin bildirdiyinə görə, bu barədə Rusiya Hava Desant Qoşunlarının mətbuat xidmətindin rəhbəri, mayor İrina Kruqlova verib.

İ. Kruqlovanın sözlərinə görə, nişangahın ilk sınaqları fevralın 1-də başlanıb. Döyüşçülərə təlimlər termal nişangahın istehsalçısı olan “İqlim” müəssisənin mütəxəssisləri tərəfindən keçirilir.

Nişangahla təlim atışları AK-74 avtomatlarından, SVD-S snayper tüfənglərindən və “Peçeneq” əl pulemyotundan keçirilir. “Şahin”in ilk sınaqları uğurla nəticələnib. Hərbçilər nişangahın imkanlarını müsbət qiymətləndiriblər.

Qeyd edək ki, “Şahin” termal nişangahı əsgərlərə qaranlıqda, dumanda və tüstüdə hədəfi görmək imkanı yaradır. Nişangah həmçinin döyüş xəttində müşahidə cihazı kimi də istifadə oluna bilər.

KATEQORIYA:
Bu xəbəri paylaş