Rusiya desantlar üçün “İskatel” kəşfiyyat kompleksini sınaqdan keçirib

Rusiya “İskatel” tipli mini qabaritli müşahidə kompleksinin sınaqlarını keçirib. “AzeriDefence”nin Rusiya mediasına istinadən verdiyi məlumata görə, yeni kəşfiyyat kompleksi Rusiya Silahlı Qüvvələrinin Hava-Desant Qoşunları ilə birgə keçirilib. Hansı ki, adıçəkilən kompleksin məhz bu qoşunların silahlanmasına daxil edilməsi planlaşdırılır.

Mümkün tələblərdən asılı olaraq yeni kompleksin iki variantda təklif edilməsi nəzərdə tutulur. Bunlardan birincisi, çəki və qabaritin azaldılması hesabına, bütün kompleks bir konteynerdə (QK-30 tipli) yerləşdiriləcək. Bu konteynerin bir desant tərəfindən daşınması mümkün olacaq. İkinci variantda isə çəki və qabaritin əhəmiyyətli dərəcədə yüksəldilməsi nəzərdə tutulur. Bu zaman kəşfiyyat kompleksinin nəqli iki əsgər tərəfindən həyata keçiriləcək.

Ümumilikdə kəşfiyyat kompleksinin ümumi kütləsi 10 kiloqramdan çox olmayacaq. Kompleksə baza stansiyası və antena, planşet kompüter və ən azı iki ədəd T-4 tipli PUA daxildir. T-4 tipli PUA-nın çəkisi 1.3 kq, uçuşun optimal hündürlüyü 200 metr, maksimal hündürlüyü 1.5 km, havada qala bilmə müddəti 40 dəqiqədir. Elektrik mühərriki ilə təchiz olunmuş PUA hərəkətə əllə tullamaqla gətirilir

KATEQORIYA:
Bu xəbəri paylaş