Rusiya ərəblərdən PUA alır

Rusiyada Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) ADCOM “Systems” şirkətinin istehsalı olan “United 40” pilotsuz uçuş aparatının (PUA) sınaqlarına başlanılıb.

“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi məlumatına görə, orta hündürlükdə və uzun müddət uçuş həyata keçirə bilən “United 40”in sınaqları Çkalov adına Təlim Mərkəzində keçirilir.

Məlumatda o da qeyd edilib ki, PUA 100 saat havada qala bilir.

Aparatın gövdəsi S şəklindədir, qanadları isə bir-biri ilə tandem təşkil edir.

PUA-nın ön hissəsində iki ədəd “porşen”li mühərrik var. Aparat kəşfiyyat-müşahidə işlərini həyata keçirməklə yanaşı, raket də daşımaq imkanına malikdir.

“United 40”in silah daşımaq üçün 4 asılqana sahibdir. Hər bir bölmə 100 kq çəkisində avadanlığı daşımağa hesablanıb.

PUA “Yabhon Namrod” tipli idarəolunan raket daşıya bilir.

 

KATEQORIYA:
Bu xəbəri paylaş