Rusiya Ermənistana Su-30SM təyyarələrinin növbəti partiyasını göndərməyə hazırdır

Rusiya Ermənistana Su-30SM təyyarələrinin növbəti partiyasını göndərməyə hazırdır

Rusiya Ermənistana Su-30SM döyüş təyyarələrinin növbəti partiyasını tədarük etməyə hazırdır.

Azeri Defence saytının məlumatına görə, bu barədə “İnterfaks” xəbər agentliyinə Rusiya Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin rəsmi nümayəndəsi Mariya Vorobyova məlumat verib. O qeyd edib ki, bu məsələ ilə bağlı erməni tərəfi ilə iş prosesi davam edir.

M.Vorobyova bildirib ki, Ermənistan tərəfi Su-30SM döyüş təyyarələrinə marağını təsdiqləsə, təyyarələrin çatdırılması mövzusu müzakirə ediləcək.

Qeyd edək ki, Ermənistan və Rusiya arasında imzalanmış müqavilə çərçivəsində 4 ədəd Su-30SM döyüş təyyarəsi 2019-cu ilin dekabrında Ermənistana təhvil verilib. Ermənistan tərəfi bildirib ki, yaxın illərdə 12 ədəd Su-30SM təyyarəsinin alınması planlaşdırılır.

 

KATEQORIYA:
Bu xəbəri paylaş