Rusiya Ermənistana MiQ-29S döyüş təyyarələri göndərdi

Rusiya Ermənistandakı bazasını yeni aviasiya vasitələri hesabına gücləndirir.

“AzeriDefence”nin Rusiyanın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu günlərdə Erebuni hərbi aerodromuna müasirləşdirilmiş 4 ədəd MiQ-29 və MiQ-29S döyüş təyyarəsi və Mi-8MT nəqliyyat helikopteri verilib.

Aviasiya vasitələri Rusiyanın Krasnodar vilayətindən İrəvana hərbi-nəqliyyat aviasiyasının təyyarələri ilə çatdırılıb.

Hərbi birləşmənin pilotları cari ilin mart ayının ortalarına yeni MiQ-29 təyyarələri ilə uçuşlara başlayacaqlar.

Hazırda Erebuni aviabazasında 9 ədəd MiQ-29 təyyarəsi mövcuddur.

KATEQORIYA:
Bu xəbəri paylaş