Rusiya Ermənistandakı hərbi bazasında helikopterlər bölməsini tam komplektləşdirib

Rusiya Ordusunun Ermənistandakı hərbi bazasının Erebuni aviasiya bölməsinə helikopterlərin toplanışı prosesi yekunlaşıb.

“AzeriDefence”nin Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumatına görə, ötən ilin sonlarından hərbi bazaya daxil olmağa başlayan helikopterlərin bir eskadriliyası tam komplektləşdirilib. Helikopterlərin nın texniki təminatı prosesi də yekunlaşdırılıb.

Eskadriliya 10-dan artıq Mi-24 və Mi-8 helikopterlərindən ibarətdir.

Məlumatda o da qeyd olunub ki, helikopterləri relyefə və regiona uyğun şəkildə uçuş sınaqlarına başlayıblar.

Yaxın vaxtlarda isə helikopterlər döyüş hazırlığı üzrə test-yoxlamalara start verəcəklər.

KATEQORIYA:
Bu xəbəri paylaş