Rusiya Ermənistandakı ordusunun saxlanmasına ayırılan vəsaiti artırıb

Rusiya Silahlı Qüvvələrinin Ermənistandakı 102-ci hərbi bazasına ayrılan vəsait artırılıb.

“AzeriDefence”nin Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumatına görə, 2017-ci il üzrə Ermənistandakı rus hərbi bazasının saxlanma xərcləri ötən illə müqayisədə 60 faiz yüksəlib.

Buna səbəb bazanın yeni hərbi vasitələrlə təmin olunması, silah və texnika üzərində modernləşmə işlərinin aparılmasıdır.

Məlumatda qeyd olunur ki, 2017-ci ilin ötən dövrü ərzində hərbi bazaya maddi-texniki təminat üzrə 20 xüsusi təyinatlı maşının verilməsi olub.

Köhnə texnikalar isə Ermənistanda saxlanılır. Bu maşınlar rus hərbçiləri üçün təlim vasitəsi olaraq istifadə ediləcək.

 

KATEQORIYA:
Bu xəbəri paylaş