Rusiya Ermənistan-Türkiyə sərhədinə yeni silah sistemləri yığıb –FOTOLAR

Rusiya Ermənistanın Gümrü şəhərində – Türkiyə ilə sərhəd yaxınlığında yerləşən hərbi bazasının silahlanmasına yeni silah sistemləri daxil edib.“AzeriDefence.com” saytının məlumatına görə, Rusiya prezidenti Vladimir Putunun hərbi bazaya səfəri zamanı bu silahların bəziləri ilk dəfə ortaya çıxıb.

Putinin hərbi bazaya baxışı zamanı sərgilənən texnikalar arasında əvvəllər 102-ci bazada olmayan 9A52 “Smerç” reaktiv yaylım atəş sistemi, 9K37M1-2 “Buk-M1-2” hava hücumundan müdafiə sistemi (9A39M1-2 yükləmə-buraxma qurğusu, 9M38M1 və 9M317 idarə olunan zenit raketləri) yer alıb. “Buk-M1-2” ZRK hərbi bazanın silahlanmasına 2012-ci ildə daxil edilib.

Bundan başqa, bazanın silahlanmasında S-300V “Antey-300” (SA-12 Gladiator/Giant) zenit-praket kompleksinin olması da diqqət çəkib.

1) Arxa planda 9A52 “Smerç” reaktiv yaylım atəş sistemi

2) “Buk-M1-2” zenit-raket kompleksi və yükləyici qurğusu

3) Arxa planda “Strela-10”, “Buk-M1-2” və S-300V “Antey-300”

KATEQORIYA:
Bu xəbəri paylaş