Rusiya Filippinə RPQ-7V qumabaraatanları ixrac edəcək

Rusiya və Filippin arasında hərbi-texniki əməkdaşlıq çərçivəsində ilk müqavilə bağlanıb.

“AzeriDefence” “Ria Novosti”yə istinadən xəbər verir ki, sənədin imzalanma mərasimində “Rosoboroneksport” şirkətinin baş direktoru Aleksandr Mixeyev, Filippinin müdafiə naziri Delfin Lorenzan, Rusiya müdafiə naziri Serqey Şoyqu iştirak ediblər.

Müqavilənin detalları haqqında məlumat verilməsə də, bildirilib ki, saziş çərçivəsində Rusiya Filippin Silahlı Qüvvələrinə RPQ-7V qumabaraatanları tədarük edəcək.

Qeyd edək ki, indiyə qədər Bruneylə yanaşı, Filippin Asiya-Sakit okeanı regionunda yeganə dövlət idi ki, heç vaxt Rusiyadan silah almayıb.

Ancaq prezident Rodriqo Duterte hakimiyyətə gələn kimi Manila (Filippinin paytaxtı) Moskva ilə hərbi-texniki əməkdaşlığı qaydaya salmasına maraq göstərməyə başlayıb. Prezident R. Duterte bildirib ki, Rusiya ABŞ-dan fərqli olaraq silah satır, hansısa şərtləri zorla qəbul etdirmir.

Filipinin Rusiyadakı səfiri Karlos Soretta “Ria Novosti”yə açıqlamasında bildirib ki, Moskva Manilaya 5000 “Kalaşnikov” avtomatı, 1 000 000 patron və 20 hərbi yük maşınını təmənnasız verib. Bu hərbi texnika və silah-sursat 2017-ci ilin 22 oktyabrında Filippinə gəlməli idi.

Filippinin müdafiə nazirinin müavini Raymundo Elefantenin sözlərinə görə, ilin sonuna kimi Manila Moskvadan atıcı silah partiyasını almağı planlaşdırır. Ölkə rəhbərliyi bunun üçün büdcədən vəsait ayırıb.

KATEQORIYA:
Bu xəbəri paylaş