Rusiya Filippinə təmənnasız “Kalaşnikov” avtomatları verib

Rusiya Filippinə “Kalaşnikov” avtomatının tədarükünə dair razılaşmanın icrasına başlayıb.

Bu barədə “AzeriDefence” “Ria Novosti” agentliyinə istinadən məlumat verib.

Filippinin Rusiyadakı səfiri Karlos Soretta “Ria Novosti” xəbər agentliyinə müsahibəsi zamanı bildirib ki, Rusiya Fillipinə təmənnasız şəkildə 5 min “Kalaşnikov” avtomatı, bir milyon patron və 20 ədəd hərbi yük maşını verir.

Səfirin sözlərinə görə, hərbi məhsullar gəmiyə yüklənərək yola salınıb: “Silahlar artıq yoldadır və oktyabrın 22-də Filippinə gələcək”.

KATEQORIYA:
Bu xəbəri paylaş