Rusiya gələn ay “Rakuşka”nı silahlanmaya qəbul edəcək

“Rakuşka” zirehli maşını yaz aylarında Rusiya Hava Desant Qüvvələrinin silahlanmasına daxil ediləcək.“AzeriDefence”nin TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Hava Desabt Qüvvələrinin komandanı general-polkovnik Vladimir Şamanov bildirib.

Generalın sözlərinə görə, artıq Rusiyanın son nəsil zirehli maşınlarından sayılan “Rakuşka”nın seriyalı istehsalına başlanıb. Mart ayının sonu, aprelin əvvəllərində sifariş üzrə ilk 12 maşın 106-cı Tula diviziyasına çatdırılacaq. Ümumilikdə isə ilin sonuna qədər Hava Desan Qüvvələri 62 ədəd “Rakuşşka” almalıdır.

BTR-MD “Rakuşka” çoxməqsədli zirehli desant maşını təyyarədə daşına bilir, habelə asanlıqla su maneələrinin öhdəsindən gəlir. Maşının ekipajı 2 nəfər və 13 desantdır. 450 at gücündə mühərrikə sahib “Rakuşka”nın silahlanmasına 2 ədəd 7.62 mm çaplı pulemyot daxildir.

KATEQORIYA:
Bu xəbəri paylaş