Rusiya gələn il “Palma” gəmi zenit-raket artilleriya kompleksinin sınağını keçirəcək

“Palma” gəmi zenit raket-artilleriya kompleksinin sınaqları gələn il keçiriləcək. “AzeriDefence”nin məlumatına görə, bu barədə “RİA Novosti” agentliyinə “Toçmaş” Konstruktor Bürosunun direktoru Vladimir Slobodçikov bildirib.

Onun sözlərinə görə, hazırda “Palma”nın Hərbi Dəniz Qüvvələrinin silahlanmasına qəbulu haqqında direktiv sənədlər rəsmiləşdirilir. Növbəti il isə dövlət sınaqları planlaşdırılır.

Bununla bərabər xarici ölkələrin birindən iki freqatın silahlanması üçün “Palma” sistemi sifariş olunub.

“Palma” kompleksinə iki ədəd AO-18KD topu və “Sosna-R” idarə olunan zenit raketləri daxildir. “Sosna-R” raketlərinin effektiv atış mənzili 10 km, hündürlüyü 5 km, artilleriya sisteminin atış uzaqlığı 4 km, hündürlüyü 3 km, reaksiya müddəti 3-5 saniyədir. Hazırda Xəzər Flotiliyasının “Dağıstan” gözətçi gəmisinin silahlanmasına“Palma” kompleksi yer alır.

KATEQORIYA:
Bu xəbəri paylaş