Rusiya hərbçiləri Türkiyə-Rusiya Birgə Mərkəzində fəaliyyətə başlamağa hazırlaşır

Rusiya hərbçiləri Türkiyə-Rusiya Birgə Mərkəzində fəaliyyətə başlamağa hazırlaşır

Rusiya hərbçiləri Dağlıq Qarabağda atəşkəsə və bütün hərbi əməliyyatlara nəzarət etmək üçün Rusiya-Türkiyə Birgə Mərkəzində fəaliyyətə başlamağa hazırlaşır.

“Poliqon”un Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Türkiyə-Rusya Monitorinq Mərkəzində fəaliyyət göstərəcək hərbçilər təlimlər alırlar və Azərbaycana gəlməyə hazırlaşırlar.

Təlimlər zamanı hərbi qulluqçular Monitorinq Mərkəzinin strukturunu, məqsədini, vəzifələrini və funksiyalarını, mərkəzin işinin təşkili qaydasını, eləcə də ərazilərində tapşırıqların yerinə yetirilməli olduğu ölkənin mədəniyyətini, ənənələrini və xüsusiyyətlərini öyrənirlər.

Bildirilib ki, yaradılacaq Monitorinq Mərkəzinin Rusiya və Türkiyə tərəflərindən paritet əsasda təmsil olunan heyəti, pilotsuz uçuş aparatlarından istifadə etməklə vəziyyəti izləmək, o cümlədən atəşkəsə və bütün döyüş əməliyyatlarına əməl olunmasını izləmək vəzifələrini yerinə yetirəcəkdir.

Qeyd edək ki, Rusiya-Türkiyə Birgə Mərkəzi Rusiya və Türkiyə Müdafiə nazirləri tərəfindən imzalanan Memoranduma uyğun olaraq Azərbaycan ərazisində yerləşdiriləcək.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş