Rusiya hərbi mühəndisləri Dağlıq Qarabağda ərazilərin minalardan təmizlənməsi əməliyyatları keçirir

Rusiya hərbi mühəndisləri Dağlıq Qarabağda ərazilərin minalardan təmizlənməsi əməliyyatları keçirir

Rusiya Ordusunun mühəndis bölmələrinin hərbi qulluqçuları sülhməramlı qüvvələrin cavabdeh sahələrində mühəndis kəşfiyyatı və mina təmizlənməsi işlərini davam etdirirlər.

Bu barədə “Azeri Defence” Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.

Məlumatda bildirlib ki, Rusiyanın mühəndis bölmələri sülhməramlı müşahidə postları ilə ümumi yollar arasındakı marşrutlarda, o cümlədən yaşayış məntəqələri və yaşayış məntəqələrinin sosial infrastrukturu ərazilərində mühəndis tədqiqatları aparır və minatəmizləmə əməliyyatları həyata keçirir.

Aşkar edilən döyüş sursatları və partlayıcı maddələr zərərsizləşdirilməsi üçün götürülərək məhvetmə ərazisinə daşınır və məhv edilir. Daşınması mümkün olmayan döyüş sursatları təhlükəsizlik təmin edildikdən sonra yerində məhv edilir.

Məlumatda o da qeyd olunub ki, minatəmizləmə qrupu müasir qoruyucu kostyumlar, habelə IMP-S2 və INVU-3M mina detektorları ilə təchiz olunub.

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş