Rusiya hərbi paradda yeni silah və hərbi texnikalarını nümayiş etdirəcək

Rusiya hərbi paradda yeni silah və hərbi texnikalarını nümayiş etdirəcək

Rusiyanın paytaxtı Moskva şəhərində iyunun 24-də keçiriləcək faşizm üzərində Qələbənin 75 illiyinə həsr olunan hərbi paradda ümumilikdə 255 adda silah və hərbi texnika nümunəsi nümayiş etdiriləcək.

“AzeriDefence” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Qırmızı meydanda keçiriləlcək Zəfər Paradında 23 adda yeni və modernləşdirilmiş silah və hərbi texnika ilk dəfə geniş ictimaiyyətə təqdim ediləcək.

Hərbi paradda keçid edəcək silah və texnikalar arsında RS-24 “Yars” raket kompleksi, 9K720 “İskəndər-M” operativ-taktiki raket kompleksi, 3K60 “Bal” sahil raket kompleksi, S-400, S-300V4, 9K317M “Buk-M3” və 9K332 “Tor-M2” ZRK-lər, 96K6 “Pansir-S1” zenit-raket-top kompleksi, habelə 2S38 ZAK-57 “Derivasiya-PVO” zenit artilleriya kompleksi, 300 mm-lik 9K515 “Tornado-S” və 122 mm-lik 9K51М “Tornado-Q” yaylım atəşli reaktiv sistemlər, o cümlədən Su-100 tank əleyhinə özüyeriyən qurğular, 152 mm-lik 2S35 “Koalisiya-SV” və 152 mm-lik 2С19М2 “Msta-S” özüyeriyən artilleriya sistemləri, TOS-1A “Solnsepyok” və TOS-2 “Tosoçka” ağır odsaçan sistemləri, İSDM məsafədən minalama mühəndis sistemləri yer alcaq.

Bundan başqa hərbi paradda BTR-82A, BTR-MDM, BMD-4M zirehli maşınları, BMP-2M maşını B05YA01 “Berejok” döyüş modulu ilə, B-11 BMP “Kurqanes-25” zirehli maşını 57 mm-lik “Epoxa” döyüş modulu ilə, BMP T-15 “Armata” piyadanın döyüş maşını 57 mm-lik “Kinjal” döyüş modulu ilə, o cümlədən BMPT “Terminator” tanklara qarşı döyüş maşınları, T-34-85, T-72B3, T-80BVM, T-90M “Prorıv-3”, T-14 “Armata” tankları və digər silah və texnikalar keçid edəcək.

KATEQORIYA:
Bu xəbəri paylaş