Rusiya HDQ üçün yeni tral gəmiləri tikilir  

Rusiya Hərbi Dəniz Qüvvələri (HDQ) üçün “Aleksandrit” – 12700 layihəli 40 tral gəmisinin 2030-2050-ci illərdə tikiləcəyi planlaşdırılır.

“AzeriDefence”nin TASS-a istinadən verdiyi məlumata görə, Rusiya HDQ-nın gəmi tikinti idarəsinin rəisi Vladimir Tryapiçnikov bildirib ki, gəmilər “Sredne-Nevski” Gəmi Tikinti Zavodunda inşa ediləcək. Hər il adıçəkilən zavodda 3 belə gəminin inşası nəzərdə tutulub.

Qeyd olunan layihə üzrə ilk tral gəmiləri “İvan Antonov”, “Vladimir Yemelyanov” və “Georgiy Kurbatov” adlandırılacaq. Bu gəmilər HDQ-ya 2020-ci ilə qədər təhvil veriləcək. İlk gəmi 2018-ci ildə suya salınacaq.

Gəmilərdə müasir hidroakustik stansiya və avtomatlaşdırılmış mina əleyhinə sistemlə təchiz ediləcək.

Tral gəmiləri vakkum infuziya metodu ilə hazırlanmış unikal şüşə-plastik monolit korpusa malikdirlər.

 

KATEQORIYA:
Bu xəbəri paylaş