Rusiya HDQ yeni raketdaşıyan gəmilər alacaq

Rusiyanın Hərbi Dəniz Qüvvələri (HDQ) yeni kiçik ölçülü raketdaşıyan gəmilər alacaq.

“AzeriDefence”nin məlumatına görə, bunu açıqlamasında Rusiya HDQ-nın komandanının müavini, vitse-admiral Viktor Borsuk deyib.

O bildirib ki, 2019-cu ilə kimi HDQ 21631 layihəli “Buyan-M” kiçik ölçülü raketdaşıyan gəmiləri silahlanmaya qəbul edəcək. Gəmilər “Kalibr” qanadlı raketləri ilə təchiz olunub.

Məlumatda o da qeyd edilib ki, gəmi Zelenodolskim Layihələndirmə Bürosu tərəfindən yaradılıb. Gəmilər əsasən Xəzər dənizinin donnanmasının silahlanmasna veriləcək.

 

KATEQORIYA:
Bu xəbəri paylaş