Rusiya helikopterlərə qarşı minanı sınaqdan keçirib

Rusiya helikopter əleyhinə minanın dövlət sınaqlarını müvəffəqiyyətlə başa vurub. Bu barədə “AzeriDefence” Rusiyanın hərbi KİV-lərinə istinadən məlumat verib.

İlkin mərhələdə Rusiyanın Müdafiə Nazirliyi bu minadan 200 dəst ala biləcəyini bəyan edib.

Helikopter əleyhinə mina mis qatla üzlənmiş partlayıcı maddədən təşkil olunub. Mina partlama zamanı akustik datçikdən zərbə nüvəsi yaranır, hansı ki 2.53 km/saniyə sürəti ilə hərəkət edir.

Məlumatda o da qeyd olunub ki, yeni mina həm məhvetmə, həm də psixoloji təsir yaratma xarakterinə malikdir.

KATEQORIYA:
Bu xəbəri paylaş