Rusiya hərbi donanması Xəzərdə irimiqyaslı təlimlər keçirir

Rusiya Hərbi Dəniz Qüvvələrinin Xəzər donanması irimiqyaslı təlimlərə başlayıb.

“AzeriDefence”nin Rusiya Müdafiə Nazirliyinin Cənub hərbi dairəsinin mətbuat xidmətinə istinadən verdiyi məlumatına görə, həyacan siqnalı ilə qaldırılan bölmələrin döyüş hazırlkığı yoxlanılır.

Təlimlərdə Rusiyanın Xəzərdəki “Tatarıstan”, “Dağıstan”, “Qrad Sviyajsk”, “Uqliç” və “Velikiy Ustyuq” raket gəmiləri, o cümlədən “Volqodonsk”, “Astraxan” və “Maxaçkala” artilleriya gəmiləri də iştirak edir.

Həmçinin, təlimlərə desant, tral, hidroqrafik və köməkçi gəmilər də qatılıb.

 

KATEQORIYA:
Bu xəbəri paylaş