Rusiyanın hərbi gəmiləri ADEX-2016 sərgisi zamanı Bakıda nümayiş olunacaq

Rusiya Hərbi Dəniz Qüvvələri (HDQ) Xəzər flotiliyasının hərbi gəmiləri 2016-cı ilin ikinci yarısında Xəzəryanı ölkələrin limanlarına səfər edəcəklər.

“AzeriDefence”nin Rusiya KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə Cənub Hərbi Dairəsinin mətbuat xidməti Xəzər flotiliyasının komandanı, kontr-admiral İqor Osipova istinadən məlumat verib.

Rusiya hərbi gəmiləri Qazaxıstanın Aktau, İranın Ənzəli, Azərbaycanın Bakı limanlarında səfərdə olacaq. Donanmanın gəmiləri sentyabr ayının 27-dən 30-dək Bakıda ADEX-2016 beynəlxalq müdafiə sərgisində iştirak edəcək.

KATEQORIYA:
Bu xəbəri paylaş