Rusiya HHQ 40-dan çox İl-76-MD-90A təyyarəsi alacaq

Rusiyanın Hərbi Hava Qüvvələri 2020-ci ilə qədər 40-dan çox İl-76-MD-90A təyyarəsini almağı planlaşdırır. Bu barədə “AzeriDefence” Rusiyanın Müdafiə Nazirliyinə istinadən məlumat verib.

İl-76-MD-90A təyyarəsi İl-76MD modelindən qanadına görə fərqlənir. Təyyarə rəqəmli nişanlama-naviqasiya kompleksi, avtomatik idarə etmə sistemi və müasirləşdirilmiş yeni mühərriklərlə təchiz olunub. Bu təyyarədən perspektivdə təyyarə-yanacaq dolduran və yeni A-100 radiolokasiya patrul təyyarəsi üçün platforma kimi istifadə etmək planlaşdırılır.

KATEQORIYA:
Bu xəbəri paylaş