Rusiya Hindistana 151 ədəd helikopter satışını yekunlaşdırıb

Rusiyanın “Vertolyoti Rossii” şirkəti Hindistana 151 ədəd helikopter satışı prosesinə yekun vurub.

Şirkətin mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, adıçəkilən qurum müqaviləyə əsasən sonuncu partiya helikopterlərini Hindistana təhvil verib.

Satışı həyata keçirilən Mi-17V-5 helikopterləri Kazandakı zavodda istehsal olunub.

Yeni texniki imkanlarla təchiz olunmuş helikopterdə müasir naviqasiya və elektron indikasiya sistemi də qurulub.

Helikopterlər səhra və dağlıq ərazilərdə uçuş həyata keçirilməsi üçün nəzərdə tutulub.

 

KATEQORIYA:
Bu xəbəri paylaş