Rusiya HKQ ilk Su-57 döyüş təyyarəsini təhvil alıb

Rusiya HKQ ilk Su-57 döyüş təyyarəsini təhvil alıb

Rusiyanın müdafiə sənayesi müəssisəsində seriyalı istehsal olunan Su-57 döyüş təyyarəsindən birincisi Rusiya Hava-Kosmik Qüvvələrinə (HKQ) təhvil verilib.

“Poliqon”un “Zvezda”ya istinadən verdiyi məlumata görə, beçinci nəsil Su-57 döyüş təyyarəsi Həştərxan vilayətində Axtubinsk dövlət uçuş test mərkəzinin aerodromuna qəbul edilib.

Bildirilib ki, hazırda 76 ədəd təyyarənin tədarükü üçün dövlət müqaviləsi yerinə yetirilir. Bu ilin sonuna qədər daha 4 ədəd Su-57 döyüş təyyarəsi Silahlı Qüvvələrin silahlanmasına daxil olacaq.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş