Rusiya hərbi təyyarələrin radioelektron mübarizə komplekslərini yeniləyir

Rusiya Hərbi Hava Qüvvələri 2013-cü ilin əvvəllərindən “Vitebsk” seriyalı yeni radioelektron mübarizə komplekslərini almağa başlayacaq. Bu barədə “AzeriDefence” “İzvestiya” qəzetinə istinadən məlumat verib.

İlk olaraq “Vitebsk” sistemləri Su-25 hücum təyyarələrinə və zərbə helikopterlərinə qurulacaq. Hazırda bu sistemlərlə təchiz olunmuş təyyarə və helikopterlər sınaqdan keçirilir.

“Vitebsk”in əsasını L-370-3S aktiv maneələr stansiyası təşkil edir. İstehsalçı “Ekran” Elmi-Tədqiqat İnstitutunun məlumatına görə, stansiya digər təyyarələrdə – Su-27-də olan “Sorsbiya”, Su-25-də olan “Omulya”, “MiQ-29”-da olan “Qardeniya” sistemlərindən daha yaxşı işləyir. “Vitebsk” isə radiolokasiya şüalanmanın intensivliyini dəyərləndirə və bu siqnalı geniş tezlik diapazonda göndərə bilir. Kompleksə raketdən müdafiə sistemi də daxildir.

Bununla yanaşı L-370P-2 sistemləri Ka-52 zərbə, L-370E-8 sistemi isə Mi-8MT helikopterlərində qurulacaq. Qarşıdakı illərdə isə İl-476 (İl-76MD-90A) nəqliyyat təyyarələri üçün “Vitebsk” versiyasını yaratmaq planlaşdırılır.

KATEQORIYA:
Bu xəbəri paylaş