Rusiya ilk S-400-ləri Çinə təhvil verdi

Rusiyanın Çinlə 2014-cü ildə imzaladığı müqaviləyə əsasən, S-400 zenit raket kompleksinin tədarükünə başlanılıb.

“AzeriDefence” xəbər verir ki, bu haqda TASS agentliyi məlumat yayıb.

Agentliyin Rusiya hərbi-sənaye kompleksindən əldə etdiyi məlumatlara görə, artıq müqavilənin icrasına başlanılıb.

Qeyd olunub ki, S-400 bu partiyasına radiolokasiya stansiyası, elektrik və köməkçi avadanlıq, ehtiyat hissələri, alətlər, ləvazimatlar və digər sistem elementləri daxildir.

Çinlə imzalanmış müqavilədə ZRK-ların lisenziya əsasında istehsalı nəzərdə tutulmayıb.

Xatırladaq ki, S-400 kompleksi 400 km uzaqlıqda 30 km hündürlükdə hədəfi məhv edə bilir.

KATEQORIYA:
Bu xəbəri paylaş