Rusiya İŞİD mövqelərini gəmidən atılan raketlərlə vurdu

Rusiya Silahlı Qüvvələri Aralıq dənizində yerləşən döyüş gəmisindən idarə olunan raketlərlə Suriyanın Deyr əz-Zor şəhəri yaxınlığındakı İŞİD mövqelərini vurub.

“AzeriDefence” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, “Admiral Essen” adlı freqatdan atılan raket zərbələri nəticəsində  sursat anbarları, zirehli maşın təmir müəssisələri və komandanlıq mərkəzi məhv edilib və çox sayda hərbçi öldürülüb.

“Admiral Essen” freqatdan atılan raket zərbələri Suriya Ordusunun İŞİD terror qruplaşmasına qarşı apardığı hücuma dəstək olub.

KATEQORIYA:
Bu xəbəri paylaş