Rusiya istehsalı olan T-50 PAK-FA döyüş təyyarəsinin texniki problemləri niyə bitmir?   

 

Rusiya istehsalı olan T-50 PAK-FA döyüş təyyarəsinin silahlanmaya verilməsinə maneə yaradan texniki problemlər hələ də bitmək bilmir.

“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi məlumatına görə, bununla bağlı açıqlama ilə çıxış edən Çin ekspertləri bildiriblər ki, Rusiyanın 5-ci nəsl döyüş təyyarəsində yaranan texniki nasazlıq sınaqların müddətini uzadıb.

Ekspertlərin sözlərinə görə, istehsal prosesinin bitməsi barədə elan verilməsinə baxmayaraq, təyyarə sınaq müddətində 700 saat uçuş edə bilməyib. Bu həcmdə layihə üçün qeyd olunan saat olduqca azdır.

Təyyarələrin böyük hissəsi hələ də anqarlarda saxlanılır və üzərilərində davamlı dəyişikliklər aparılır.

2015-ci ilin fevralında Rusiya hökuməti 3 ədəd T-50-nin tezliklə istismara veriləcəyinə dair açıqlama versə də, hələ ki, bu reallaşdırılmayıb. Sonradan isə bu döyüş təyyarəsinin 2016-2018-ci illərdə seriyalı istehsalına başlanılacağı bildirilib.

T-50-nin mühərriki ilə bağlı da konkret addım atılmayıb. Bu yaxınlarda istehsalçı qurumdan bildirilib ki, T-50 üçün yeni mühərrikin yaradılmasına başlanılıb.

Bundan başqa uçuş zamanı təyyarədə sərtlik hiss olunduğu da söylənilir. Bunun isə səbəblərindən biri davamlı texniki dəyişikliklərin təyyarənin çəkisinə təsir etməsidir.

Daha bir problem isə təyyarənin təminat və avionika sistemi ilə bağldır.

Əsas problemlərdən biri isə T-50-nin yaradılmasında yaranan maliyyə təminatı ilə bağlıdır. Hətta sonda bu problemlər öz həllini tapsa belə təyyarənin satış dəyəri reallığı əks etdirməyəcək. Bununla da istehsalçı müəssisə üçün satış problemi yaranacaq.

 

KATEQORIYA:
Bu xəbəri paylaş