
Rusiya Ka-29 helikopterlərini təkmilləşdirib
Rusiya “Kamov” Ka-29 helikopterlərini Qütb missiyaları üçün təkmilləşdirərək Ka-29TB (Transportno Boyevoy) səviyyəsinə çatdırıb.
“AzeriDefence”nin Rusiya mediasına istinadən verdiyi xəbərə görə, Müdafiə Nazirliyi təkmilləşdirilmiş Ka-29TB helikopterlərinin Arktika bölgəsində istismar olunması ilə bağlı qərar verib.
Ka-29TB hərbi nəqliyyat və döyüş helikopterləri 2021-ci ildə Rusiya Silahlı Qüvvələrinin Şimal donanmasına qəbul ediləcək. Ka-29TB helikopterləri Qütb bölgəsində əsasən patrul xidməti aparacaq.
Mütəxəssislər təkmilləşdirilmiş universal Ka-29TB helikopterlərinin müasir silah sistemləri təchiz edildiyini və bir neçə ton yük daşımaq qabiliyyətinə malik olduğunu bildiriblər.
KATEQORIYA: Xəbərlər